Zöhrab Qədirova yüksək vəzifə verildi

18:56 - 24 Fevral 2026 - GÜNDƏM

 Zöhrab Qədirova yüksək vəzifə verildi

İqtisadiyyat Nazirliyinin Xarici maliyyə institutları və investisiya fondları ilə iş şöbəsinə yeni müdir təyin olunub.

BUTA.TV İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifəyə Zöhrab Şakir oğlu Qədirov təyin edilib.

Qeyd edək ki, Z.Qədirov son təyinatadək nazirliyin tabeliyindəki İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini vəzifəsində çalışıb. O, 2022-ci ildən bu postu tutub.

Bu xəbər hal-hazırda çox oxunur
Yeni BAHALAŞMA gəlir: Nə olacaq?

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol