Azərbaycan vətəndaşları qonşu ölkədən deport edildi

13:26 - 25 Fevral 2026 - GÜNDƏM

 Azərbaycan vətəndaşları qonşu ölkədən deport edildi

Gürcüstandan son günlər daha 85 qeyri-qanuni miqrant deportasiya edilib.

BUTA.TV xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.

Məlumata görə, deportasiya olunanlar arasında Türkiyə, Rusiya, Hindistan, İran, Azərbaycan, Türkmənistan və Qırğızıstan vətəndaşları da var. Ümumilikdə isə 25 ölkənin vətəndaşı ölkədən çıxarılıb.

Qeyd edək ki, Gürcüstan hakimiyyəti ölkədə 20 mindən çox qeyri-qanuni miqrantın olduğunu, onların bu il 4 mininin deportasiya olunmasını planlaşdırdığını bildirmişdi.

Bu xəbər hal-hazırda çox oxunur
Pensiya alanlara şad xəbər: Mart ayında...

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol