Şəxsin Azərbaycan vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasında dəyişiklik edilib.
BUTA.TV xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Belə ki, "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanun qüvvəyə mindiyi günədək Azərbaycanda hərbi xidmətdə olan hərbi qulluqçuların hərbi xidmət dövrü Azərbaycanda yaşayış yeri üzrə qeydiyyatda olma müddəti kimi qəbul edilir.
Qərarla bu halda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri ilə yanaşı, Dövlət Təhlükəsizliyi Xidməti və ya Azərbaycanın Xarici Kəşfiyyat Xidməti tərəfindən hərbi xidmət dövrü göstərilməklə verilmiş sənəd sorğuya əlavə ediləcək.
- Bayram qabağı çərəzlər bahalaşdı - Qiymət
- Vardanyan apelyasiya şikayəti verməyəcək
- Sabah sosial ödənişlər yekunlaşdırılacaq
- Sabah hava necə olacaq?
- Nigar Rüfət həkim-kosmetoloq işləyə bilməzmiş...
- Azərbaycan vətəndaşları qonşu ölkədən deport edildi
- Xanyurdu öz sakinlərini qarşılayır - Video
- "Türkdilli dövlətlər" ifadəsindən əl çəkmək lazımdır