Sumqayıtda genişmiqyaslı ağacəkmə aksiyası keçirildi

16:10 - 24 Fevral 2026 - GÜNDƏM

 Sumqayıtda genişmiqyaslı ağacəkmə aksiyası keçirildi

Sumqayıtda Nəsimi adına Mədəniyyət və İstirahət Parkında genişmiqyaslı ağacəkmə aksiyası keçirilib.

BUTA.TV xəbər verir ki, Sumqayıt şəhərində ekoloji mühitin yaxşılaşdırılması istiqamətində növbəti mühüm təşəbbüs həyata keçirilib. Şəhərin əsas istirahət məkanlarından biri olan ərazisində genişmiqyaslı ağacəkmə aksiyası təşkil olunub. Aksiya çərçivəsində park ərazisində 400-dən çox ağac əkilib. Əkilən ağaclara aqrotexniki qaydalara uyğun qulluq göstərilib, suvarma və möhkəmləndirmə işləri aparılıb.

Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndələri, Sumqayıt Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları, parkın kollektivi və könüllülər iştirak ediblər.

Bildirilib ki, həyata keçirilən bu təşəbbüs şəhərin ekoloji mühitinin sağlamlaşdırılmasına xidmət edir. Son illər Sumqayıtda aparılan abadlıq-quruculuq işləri çərçivəsində park və xiyabanların yenidən qurulması, yaşıllıq zolaqlarının salınması, yüz minlərlə ağac və dekorativ kol bitkilərinin əkilməsi davamlı xarakter alıb. Son 10 il ərzində Sumqayıt şəhərində yaşıllıq sahələri iki dəfədən artıq genişləndirilib. Bu göstəricilər ekoloji tarazlığın qorunması istiqamətində həyata keçirilən məqsədyönlü siyasətin real nəticəsidir.

Bu xəbər hal-hazırda çox oxunur
Yeni BAHALAŞMA gəlir: Nə olacaq?

Vurğulanıb ki, yaşıllıq sahələrinin genişləndirilməsi, yeni park və istirahət məkanlarının salınması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol