Dünya getdikcə daha mürəkkəb bir təhlükəsizlik mühiti ilə üz-üzə qalır. Artıq yalnız hərbi təhdidlər deyil, eyni zamanda, iqlim dəyişikliyi, iqtisadi dalğalanmalar və pandemiyalar kimi qeyri-ənənəvi risklər də milli təhlükəsizlik məsələlərinin ayrılmaz hissəsinə çevrilib. Belə bir zamanda Türk dünyası arasında möhkəm əməkdaşlıq mexanizmlərinin qurulması mühüm əhəmiyyət kəsb edir. Çağdaş dövrdə dəyişən beynəlxalq güc nisbətləri və artan təhlükəsizlik problemləri fonunda Türk dövlətləri arasında əməkdaşlıq zəruridir.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Milli müdafiə komitəsinin sədri Hulusi Akar “Türk dövlətləri arasında təhlükəsizlik və müdafiə üzrə əməkdaşlığın gücləndirilməsi: parlamentlərin rolu” mövzusunda keçirilən TÜRKPA üzv parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitələri sədrlərinin ikinci iclasında çıxışı zamanı deyib.
Azərbaycanın Qarabağda qazandığı tarixi Qələbənin yalnız regional deyil, eyni zamanda, beynəlxalq miqyasda əhəmiyyət daşıdığını bildirən Hulusi Akar əlavə edib ki, Qarabağ Zəfəri təkcə Azərbaycanın və Türkiyənin deyil, bütün Türk dünyasının həmrəyliyinin simvoluna çevrilib:
“Bu Zəfər güclü ordu və milli birliyin strateji əməkdaşlıqla birləşdikdə hansı nəticələr verə biləcəyini dünya ictimaiyyətinə nümayiş etdirib”.
- Leyla Əliyeva Masallıdan maraqlı paylaşım etdi - Foto
- Prezidentin qızı Masallıdan maraqlı fotolar paylaşdı
- FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
- FHN əhaliyə xəbərdarlıq etdi
- Maştağada böyük dəyişiklik: Sakinlər sevinc içində - Video
- Bu ərazidə işıq olmayacaq
- Bakının bu ərazilərində qaz olmayacaq
- Sürücülərə şad xəbər: Bu yolda təmir başlanıldı - Video