Azərbaycanın narahatlığına Türkiyə nöqtə qoydu

12:16 - 24 Mart 2025 - CƏMİYYƏT

 Azərbaycanın narahatlığına Türkiyə nöqtə qoydu

Suriyaya humanitar yardım aparan yük maşınları rəsmən bağlı olan Ermənistan-Türkiyə sərhədindən Türkiyə ərazisinə daxil olaraq, Suriyaya doğru yoluna davam edib, daha sonra həmin marşrutla Ermənistana qayıdacaq.

BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin bəzi KİV-lərin Ermənistan-Türkiyə sərhədinin açılması ilə bağlı yazılarını təkzib edən rəsmi məlumatında bildirilib.

“Oxşar hadisə 2023-cü ilin fevralında olub, Türkiyədə baş vermiş zəlzələdən sonra erməni yük maşınları “Marqara” keçid məntəqəsi ilə fəlakət bölgəsinə humanitar yardım çatdırıb”, - məlumatda bildirilib.

Qeyd edək ki, Ermənistanın 4 ədəd humanitar yardım daşıyan yük maşını 21 martda “Marqara”-“Alican” sərhəd keçid məntəqəsini keçərək, Türkiyəyə daxil olub. Humanitar yardımın artıq Dəməşqə çatdığı bildirilir.

Bu xəbər hal-hazırda çox oxunur
"HQ" ləqəbli tiktoker saxlanıldı - Səbəb

Türkiyə-Ermənistan sərhəd qapısının 31 marta - yük maşınları eyni marşrutla geri qayıdana qədər açıq olacağı bildirilib.

Xatırladaq ki, Türkiyə Ermənistanın işğalçılıq siyasətinə görə 1993-cü ildə Ermənistanla sərhədi bağlayıb. Ermənistanla sərhədin açılması danışıqları İrəvanın Azərbaycanla münasibətləri normallaşdırması ilə paralel aparılır.

Azərbaycan mediası humanitar yardım bəhanəsi ilə Ermənistanın Türkiyə ilə sərhəd qapısını açıq saxlamağa çalışacağından narahatlığını ifadə etmişdi.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol