Pandemiyanın elanından 5 il keçir, bu sürəcin dünyada cinayətkarcasına idarə edilməsi, insanlıq üzərində aparılan alçaq eksperimentlərin təsiri bu gün də iqtisadiyyatda davam edir.
BUTA.TV xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli bildirib.
O bildirib ki, 2020-2022-ci illər dünya iqtisadiyyatına 17-18 trilyon dollar pul səpilməsinin və bu vəsaitin insanlara deyil, böyük şirkətlərin səhmlərinə, milyarderlərə getməsinin dünyada iqtisadi çətinlikləri artacağı, müharibə risklərini yüksələcəyi proqnozlaşdırılırdı:
“Bu gün dünyada səhmlərin ucuzlaşması, səhmlərdən çıxan investorların qızıla yatırım edərək bu aktivin bahalaşmasına səbəb olması məhz “pandemiya”nın təsirləri və dalğalarıdır.
2020-2023-cü illər arasında dünyada 800 mln. nəfər ya işini itirdi, ya da işini dəyişməyə məcbur oldu, orta sinfin məhv edilməsinə çalışıldı. Paralel olaraq “over regulation” (aşırı tənzimləmə) qaydaları gətirildi, içi boş “iqlim gündəliyi” biznesə əlavə zərbələr vurmağa başladı.
Belə şərait yarananda dünyada həmişə müharibələr olub, indi də hibrid və proksi müharibələr sonunda böyük və yeni “Podstam”, “Yalta” ilə yekunlaşacaq.
ABŞ-ın yeni administrasiyası “pandemiya” zamanı dünyaya səpilən trilyonların “əridilməsinə”, yaranan “balonları” partlatmağa çalışır. Çünki ABŞ-ın 35 trilyon dollara yaxın daxili və xarici borcu var, bu borcların idarə edilməsi, yəni borclar üzrə faizlərin ödənilməsi hər il ABŞ-a 5-6 trilyon dollara başa gəlir (tək dövlətə yox, həm də özəl sektora). Borclar üzrə faizlərin azadılması üçün gərək FES uçot dərəcəsini azaltsın (borclar üzrə fazi ödənişlər FES-in uçot dərəcəsinə görə indeksləşdirilir), o zaman investorlar borc kağızlarından çıxacaq, real sektora investisiya yatıracaqlar. FES-i uçot dərəcəsini azaltmağa yönəltmək üçün iki yol var: inflyasiya azalmalıdır (yollarından biri neft qiymətlərini salmaqdır), ya da ABŞ-da resessiya riski yaranmalıdır ki, FES stimullaşdırıcı addım kimi uçot dərəcəsini aşağı salsın. Bu gün ABŞ məhz bunları edir, “pandemiya”nın fəsadlarını “təmir” edir.
ABŞ-ın “tarif müharibələri” də məhz inflyasiyanı azaltmağa xidmət edir –halbuki ilk baxışdan tərsi görünür, tariflər artdıqca istehlakçılar üçün qiymətlər də yüksəlir, amma buna başqa tərəfdən də baxın: 1) Daxili istehsal stimullaşır; 2) İstehlak azalır.
Hər ikisi orta vadədə təsir edəcək amildir, amma hər iki amil inflyasiyanı aşağı salmağa, deməli, FES-i uçot dərəcəsini aşağı çəkməyə vadar edəcək ki, əsas məqsəd də məhz budur”.
- Sülh mətni razılaşdırıldı: bəs, niyə Ordumuz atəşə tutulur? – Video
- Leyla Əliyeva Psixologiya Mərkəzində - Foto
- Bakıda müsəlman ölkələrinin səfirləri üçün iftar tədbiri oldu
- Hər il Ermənistandan 7-8 min çağırışçı Qarabağa göndərilirdi...
- Mnatsakanyandan “İskəndər M”lə bağlı açıqlama
- “Qabil Məmmədov və onun kimilərin Azərbaycana gəlişi yaxın perspektivdə baş tutacaq” - Deputat
- ABŞ balonları partladır – Tramp siyasətinin mahiyyəti
- Ordumuzun mövqeləri yenə atəşə tutuldu