Ermənistan Azərbaycanla şərti sərhəddə ağır zirehli texnikanın keçməsi üçün nəzərdə tutulmuş üç dəmir-beton “Bailey" körpüsü tikib.
BUTA.TV xəbər verir ki, bu barədə hərbi ekspert Aqil Rüstəmzadə görüntü paylaşıb.
O qeyd edib ki, Ermənistanın dinc bəyanatlarına baxmayaraq, Azərbaycanın monitorinq kanalları Ermənistan silahlı qüvvələri üçün silah alışının və hərbi infrastrukturun tikintisinin artdığını qeyd edir.
“Bailey" körpüsünün tikilməsi faktını GSSR44 Teleqram kanalı da yayıb.
Məlumatda bildirilib ki, Yunanıstan tərəfi Ermənistanın daşqından zərər çəkmiş bölgələrində infrastrukturunun bərpası üçün ən azı üç müvəqqəti körpü tikib. Yunanıstan Ermənistanın “yardım çağırışına” cavab olaraq bölgədə “Bailey” körpülərinin tikintisinə hərbi mühəndislər qrupu göndərib.
“Birinci körpü Karkop kəndində (Debed çayı üzərində), ikinci körpü Hobardzi kəndində (kiçik Qarqar çayı üzərində) quraşdırılıb. Üçüncü körpünün Ayrum kəndində, Debed çayı üzərində quraşdırılması nəzərdə tutulub. Ermənistan tərəfi dezinformasiya maşınını işə salaraq, tikilən “Bailey” körpülərinin yerinə digər kiçik mülki insanlar üçün nəzərdə tutulmuş körpülərin görüntülərini tirajlayır”, - deyə kanal qeyd edir.
Kanal vurğulayır ki, əhalisi az olan bir kənd üçün bu tip körpülərin tikilməsi xoş niyyətdən xəbər vermir:
“Bailey” körpüsü beton-dəmir, truss körpü növüdür. İkinci Dünya müharibəsi zamanı hərbi istifadə üçün hazırlanmış və hərbi mühəndis bölmələri tərəfindən geniş istifadə edilmişdir. Bu körpülər tankları və istənilən növ ağır texnikanı daşımaq üçün kifayət qədər möhkəmdir. Əhalisi bu qədər az olan bir kəndə bu cür irimiqyaslı hərbi məqsədli körpünün Yunanıstan tərəfindən “humanitar” yardım adı altında inşası şübhəsiz ki, Ermənistanın və onun havadarlarının kirli, təxribatçı planlarından xəbər verir”.
- Xərçəngdən qorunmaq üçün nə yeməli?
- İrəvan tələbləri qəbul etdi: amma hər şey bitmədi…
- Bakı və İrəvanın razılaşması Trampın şüarı ilə şərh edildi
- Silahlar Xankəndidən və Ermənistandan gətirilirdi - Babayan
- Qadınları yalandan hamilə olduqlarına inandıran "İlin həkimi": Çox sayda körpəni "öldürüb"
- “Gəlib dedi ki, Nəcməddin Sadıkov göndərən adamam” - Fazil Məmmədovdan xahiş edibmiş
- Bakı və İrəvan sülh sazişini bu ölkədə imzalasın!
- Rusiya qayıdır, Nikol tələsməlidir: Sülh üçün son addım…