Ermənistan silahlı qüvvələri Naxçıvan istiqamətində beton-bunker tipli hücum xarakterli istehkamlar tikir.
BUTA.TV xəbər verir ki, bu barədə GSSR44 Teleqram kanalı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Naxçıvanın işğalda olan Kərki kəndi istiqamətində də bu tipli istehkamlar tikilir:
“Əraziyə yeni təminat və postlar arasında əlaqə yolları çəkilib, genişmiqyaslı təkmilləşdirmə işləri aparılıb. 4 yeni bunker müşahidə olunur. Ərazidə atəş nöqtələri qazılıb. Naxçıvan istiqamətində bu kimi fəaliyyətlər rəsmi İrəvanın bütün "sülh və normallaşma" siyasətinin saxta olduğunu bir daha sübut edir. Kərki kəndi ilə bağlı danışıqların gözlənildiyini bilən və Azərbaycan ərazi bütövlüyünü sözdə "tanıdığını" bəyan edən Ermənistan rəhbərliyi niyə məhz işğal etdiyi ərazi istiqamətində bu kimi addımları atır?! Qısaca desək, Ermənistan sülhdə maraqlı deyil”.
- “Kahı” yükündən 80 kq marixuana çıxdı - Foto
- Novruz çərşənbələri ilə bağlı əhaliyə xəbərdarlıq - Video
- Prezident təsdiq etdi: Kimlərin maaşı artacaq?
- Sabiq deputat Türkiyədə vəfat etdi - Foto
- Yeni BAHALAŞMA gəlir: Nə olacaq?
- Fuad Nəcəfli həbs olunacaq? – AÇIQLAMA
- Həbsdə olan jurnalistin ailəsində daha bir faciə
- Hacı Qalibin obyekti tam olaraq dağıdıldı - VİDEO