DTX-nin yaxaladığı şəxs Bakıda kimi öldürmək istəyib? - KAN

14:18 - 15 Yanvar 2025 - GÜNDƏM

 DTX-nin yaxaladığı şəxs Bakıda kimi öldürmək istəyib? - KAN

Xəbər verdiyimiz kimi, ötən gün Dövlət Təhlükəsizliyi Xidməti terror aktı planlaşdırmış Gürcüstan vətəndaşı Aqil Aslanovu və Azərbaycan vətəndaşı Ceyhun İsmayılovu yaxalayıb. Həmin şəxslər üçüncü ölkənin xüsusi xidmət orqanının sifarişi ilə 200 min dollar müqabilində Azərbaycanda olan dini icma üzvünü öldürmək istəyiblər. Eyni zamanda Aqil Aslanova ilkin olaraq icma üzvü və onun iş yeri barədə zəruri kəşfiyyat məlumatları toplayaraq, xarici xüsusi xidmət orqanına ötürüb, bunun üçün əvvəlcədən 2.000 ABŞ dolları məbləğində avans alıb.

BUTA.TV xəbər verir ki, İsrailin nüfuzlu “Kan” telekanalı öldürülməsi planlaşdırılan şəxsin yəhudi icmasının üzvü olduğunu yazıb. Bildirilib ki, sifarişçi isə İran xüsusi xidmət orqanıdır.

“Hədəf əsasən müsəlman ölkəsi ilə İsrail arasında əməkdaşlığı fəal şəkildə təşviq edən tanınmış şəxs olub”, - “Kan” qeyd edib.

Vurğulanıb ki, Azərbaycan xüsusi xidmət orqanları bu terrorun qarşısını alıblar.

Bu xəbər hal-hazırda çox oxunur
Laçın istiqamətində yeni hərbi qurğu... - Foto

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol