Ermənistan Minsk Qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyi nəzərdən keçirir. Bunu Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan deyib. Lakin belə bir müraciət etməyiblər, sadəcə nəzərdən keçirdiklərini elan etməklə Bakıya “razı ola bilərik” mesajını verirlər.
Ermənistanın MQ məsələsindən siyasi bazarlıq üçün istifadə edəcəyi haqda yazmışdıq. İndi bu məsələni nəzərdən keçirmələri də sülh sazişinin bir maddəsini icra etməmələrindən qaynaqlanır.
17 maddəlik mətnin iki maddəsi – beynəlxalq iddialardan imtina və üçüncü ölkələrə məxsus qüvvələrin sərhəddən çıxarılması (AB müşahidə missiyası) – razılaşdırılmamışdı. Paşinyan 9 yanvarda Bakıya ünvanladığı təkliflərdə beynəlxalq iddialardan imtina edilməsinə razı olduqlarını bəyan etdi. Lakin üçüncü ölkələrə məxsus qüvvələrin sərhəddən çıxarılmasına toxunmadı.
Bir gün sonra – 10 yanvarda AB-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas Ermənistandakı missiyasının müddətinin daha iki il uzadılmasını təklif etdi. Kallasın sözçüsü Anitta Hipper bildirdi ki, üzv dövlətlər təklifi alqışlayıb və məsələnin həlli üçün prosedur qaydalar həll edilir, yaxın həftələrdə missiyanın müddətinin uzadılması ilə bağlı rəsmi qərarın açıqlanacağı gözlənilir.
Gözlənildiyi kimi, Ermənistan üçüncü ölkələrə məxsus qüvvələri – AB missiyasını sərhəddən çıxarmaq tələbini yerinə yetirmədi. Və Bakıya “AB missiyası” tələbinin əvəzinə “Minsk Qrupu tələbi”ni icra edə biləcəkləri mesajını verir, sülh sazişini də bu razılaşmalar çərçivəsində imzalamaq istəyirlər.
Bakının bunu qəbul edəcəyi ehtimalı sıfıra bərabərdir, çünki sülh sazişi üçün vacib olan Ermənistan konstitusiyasının dəyişdirilməsi tələbi hələ də qalır. İrəvan da Minsk Qrupunun ləğvi üçün ATƏT-ə müraciət məsələsini “güzəşt” kimi danışıqlarda aktual olaraq saxlayacaq.
- Yoxlamalar Saleh Məmmədovun 1 milyard yeyintisini üzə çıxarıb
- Paşinyan Putinlə görüşdə rədd etdi - Kreml hərəkətə keçdi
- Bir pilotun xilası üçün nələr xərcləndi? - Rəqəm şok edir
- Kremldən Qarabağ açıqlaması: Putin bunu istəyir...
- Əcnəbi tələbələr üçün maarifləndirici layihə - Foto
- Yol polisi hərəkət iştirakçılarına xəbərdarlıq etdi
- İntensiv yağışlar davam edir
- Keşlədə kollektor üzərində tikilmiş ev sökülür