Nəqliyyatda Baş Polis İdarəsinin Hava Nəqliyyatında Polis İdarəsinin rəisi, general Novruz Novruzov işdən çıxarılıb.
BUTA.TV Bizim.media-ya istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis general-mayor Novruz Usub oğlu Novruzov daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.
Qeyd edək ki, Novruz Novruzov 2008-2009-cu illərdə DİN-nin Kadrlar Baş idarəsinin rəisi vəzifəsində çalışıb.
- Buraxılış imtahanında iştirak edəcək şagirdlərin nəzərinə!
- Sumqayıtda genişmiqyaslı ağacəkmə aksiyası keçirildi
- Azərbaycanda yeni agentlik yaradıldı
- Bakıda bu avtobus da yenilənir: Gediş haqqı...
- Daha bir icra hakimiyyətində kütləvi ixtisar: 43 nəfər...
- Sahil Babayev dövlət qurumlarında yoxlamalar aparacaq
- Xətai İH-də şəhid ailələri ilə görüş keçirildi - Foto
- “Velotrek”də “yanğın” – FHN hərəkətə keçdi - Video