Ermənistanın indiki rəhbərliyində yaddaş zəifliyi varsa, başqalarının səhhətində belə problemlər yoxdur: Ermənistan Aİİ-nin üzvüdür və ondan kifayət qədər yaxşı gəlir əldə edir. Ən azından Paşinyanın, eləcə də onun yaxın çevrəsinin çoxsaylı qohumları bunu bilir.
Bu sözləri BUTA.TV-a rusiyalı ekspert Vitali Arkov “Ermənistan Respublikasının Avropa Birliyinə qoşulması prosesinin başlanması haqqında” qanun layihəsinin təsdiqlənərək, parlamentə göndərilməsi haqda deyib.
“Çoxlu üstünlüklər verən Aİİ-yə üzvlük oxşar icmaya üzv olmağa imkan vermir, çünki bu, tərəfdaşların iqtisadiyyatına birbaşa ziyan vurur. Əslində Ermənistanın AB-yə tamhüquqlu üzv olmaq üçün real şansı yoxdur. Onsuz da keçmiş sosialist düşərgəsi və postsovet respublikaları ölkələrindən kifayət qədər himayəyə götürülənlər var. Niyə könüllü olaraq AB sərhədlərindən uzaqda yerləşən və üstəlik, biznes sərmayəsi baxımından aşağı rentabelli Ermənistana dəstək olsunlar ki? AB-də böyük vəsait indi Kiyev rejimini dəstəkləməyə gedir ki, bu da antirusiya sanksiyaları ilə birlikdə istisnasız olaraq bütün icma ölkələrini, hətta lokomotivlər Almaniya və Fransa iqtisadiyyatını çökdürdü. Hələ Ukraynadan geri qalanı bərpa etməklə məşğul olmalıdırlar. Bu, ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın Avropadakı tərəfdaşlarına birbaşa xəbərdarlıq etdiyi məsələdir”, - o bildirib.
Arkovun sözlərinə görə, İrəvanın AB-yə daxil olmaq üçün yol xəritəsi ilə bağlı “banlamasında” iki mümkün maraqlı tərəf var:
“Birincisi, Paşinyanın özü və onunla əlaqəli olan qrup. Yəqin ki, erməni siyasi ənənəsinə uyğun olaraq hər iki tərəfi soymağa ümid edirlər - AB üzvlüyünə namizədlərdən tələb olunan parametrlərə nail olmaq üçün siyasi və iqtisadi islahatların həyata keçirilməsi üçün Birlikdən pul çıxarmaq kimi. Rusiyadan isə geri qaytarılmayan kredit məbləğlərinin artırılmasını tələb etməyə çalışmaq, məsələn, büdcənin sabitliyinin tamamilə saxta şəkildə artırılması, infrastrukturun inkişafı, kiçik biznesə dəstək, dövlət maliyyəsinin idarə edilməsinin səmərəliliyinin artırılması və s. Bunlar 100, 200, 300 və s. milyon dollardır və KTMT-yə qarşı demarşlar qarşısında belə Moskva artıq bir neçə onilliklərdir bu məbləği İrəvana verir. Belə “kreditlərin” böyük payının kimin cibinə getdiyini təxmin etmək çətin deyil. İkincisi, İrəvan faktorundan öz siyasi məqsədləri üçün istifadə edən Parisin “qulaqları” burada açıq-aşkar görünür. Burada Azərbaycan və Türkiyəyə (onilliklərdir ki, Avropa Birliyinin qapısında saxlanılır) dil uzatmaq, Fransanın mərkəzi Afrikadakı keçmiş müstəmləkələrindən (əvvəllər Vyetnam və Suriyadan) qovulmasına görə Rusiyadan intiqam almaq, Avropa Birliyindəki mövqeyini möhkəmləndirmək (və ya birliyi tamamilə özünə tabe etmək), ABŞ-ı Cənubi Qafqazda “seyrçi” roluna məcbur etmək ümidi var”.
- Məşhur polkovnikə yüksək vəzifə verildi
- Məcid Xandan Əliyevə: Bu, bizi olduqca kədərləndirdi
- Təyyarə qəzasında yaralanan daha bir nəfərdən xəbər var
- Əsgərlərimizi Qərbi Azərbaycanda qırğına verdiniz - Babacanyan
- İran Azərbaycana qarşı niyə aqressivləşib? - Video
- Əsir düşən azərbaycanlı ilə bağlı XİN-dən açıqlama
- Bakinskinin məhkəməsi: Bakılıyam, tərcüməçi lazım deyil
- Bakı İrəvandan istədiyini bu yolla alacaq - Krılov