İraqdan təcili: Əsəd ordusu dağılır, Bağdad qoşun yeridəcək?

00:34 - 7 Dekabr 2024 - DÜNYA

 İraqdan təcili: Əsəd ordusu dağılır, Bağdad qoşun yeridəcək?

İraq hakimiyyəti Suriyadakı böhranla bağlı bir sıra qərarlar qəbul edib, o cümlədən qonşu ölkədə baş verən hadisələrdə ordu qüvvələrinin iştirak etməyəcəyini elan edib.

BUTA.TV xəbər verir ki, bunu İraq Nümayəndələr Şurasının (parlament) Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Yasir İsgəndər deyib.

“İraq Federal Hökuməti üç strateji qərar qəbul edib: İraq hakimiyyəti Suriyanın işlərinə hərbi müdaxilə etməyəcək, Suriyaya heç bir İraq qüvvələrini göndərməyəcək və İraqdan kənarda heç bir hərbi tədbir görməyəcək”, - İsgəndər qeyd edib.

İsgəndər etiraf edib ki, Suriya rejimi ordusunun sıralarında ağır itkilər olduğunu nəzərə alsaq, ölkə böyük dəyişikliklər astanasındadır.

Bu xəbər hal-hazırda çox oxunur
“Rəsmi Bakı Rusiyadan üzr gözləyir”

O, qonşu ölkədəki böhranın mülki əhaliyə zərər vermədən başa çatacağına və bir çox insanın qonşu dövlətlərə köçməsinə səbəb olmayacağına ümid etdiyini bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol