XİN başçıları niyə görüşmədi? - Bakı bu təklifi rədd edib

16:24 - 5 Dekabr 2024 - GÜNDƏM

 XİN başçıları niyə görüşmədi? - Bakı bu təklifi rədd edib

ATƏT Xarici İşlər Nazirləri Şurasının Maltada keçirilən 31-ci iclasında Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçirilməsi nəzərdə tutulmur.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib.

BUTA.TV xəbər verir ki, APA isə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün baş tutmamasının bəzi detallarını öyrənə bilib.

Diplomatik mənbələrdən agentliyə bildirilib ki, ABŞ Dövlət katibi Entoni Blinken ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış edib. Blinken bu görüşün baş tutması üçün israrla vasitəçilik etmək istəyib.

Bu xəbər hal-hazırda çox oxunur
“Rəsmi Bakı Rusiyadan üzr gözləyir”

Məlumdur ki, ABŞ hazırda Azərbaycanla Ermənistan arasında sülh prosesində iştirak etmir. Blinken bu təşəbbüsü ilə ABŞ-ı yenidən sülh prosesinə daxil etmək niyyəti güdüb.

Lakin Azərbaycan tərəfi Blinkenin görüşün keçirilməsi təklifindən qəti imtina edib.

Səbəb isə budur ki, “ümumilikdə Bayden Administrasiyası Azərbaycanla bağlı ədalətsiz, qərəzli siyasət yürüdür”.

“Buna görə Azərbaycan ABŞ-ın, ümumiyyətlə, sülh gündəliyində iştirakını istəmir, bunu məqsədəuyğun saymır”, - deyə diplomatik mənbə bildirib.

Azərbaycan məhz ABŞ-ın vasitəçiliyindən imtina etdiyi üçün bu görüş baş tutmayıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol