Müzakirələr davam edir və müsbət nəticələrə inanırıq. Ermənistanın Azərbaycanın xoşniyyətli təkliflərinə müsbət cavab verməlidir.
BUTA.TV xəbər verir ki, bunu Türkiyənin keçmiş xarici işlər naziri, Böyük Millət Məclisinin üzvü Mövlud Çavuşoğlu Beynəlxalq Demokratlar Birliyinin (UİD) Bakıda yerləşən Türk Ticarət Mərkəzində keçirilən iclasında çıxışı zamanı deyib.
Millət vəkili yurd-yuvalarından didərgin düşmüş Qərbi azərbaycanlıların da öz torpaqlarına qayıtmalı olduğunu qeyd edib:
“Bu gün Azərbaycanın işğaldan azad edilən ərazilərində mədəniyyət abidələrinin dağıdılmış şəkildə olması və mina təhdidi kimi problemlər mövcuddur. Ancaq bərpa-quruculuq işləri də sürətlə həyata keçirilir və məcburi köçkünlər işğaldan azad olunmuş ərazilərə qayıdırlar. Qərbi azərbaycanlıların da qayıtmasına şərait yaradılmalıdır”.
- Samuxda avtomobil 52 yaşlı piyadanı vuraraq öldürdü
- DSX-nin V sinfinə qəbul imtahanı keçirildi
- Sabahın hava proqnozu açıqlandı
- Bu prospektdəki tuneldən yağış suları çəkildi - Video
- Bu yolda yağışın fəsadlıarı aradan qaldırıldı - Video
- Keşləni su basdı: FHN sakinləri təxliyə edir - Video
- Gəncədə 1 yaşlı uşaq xəstəxanada öldü
- Bu ərazilərə qar yağdı – Faktiki hava