Əsəd rejiminin nəzarət etdiyi ərazi üçün “butik dövlət” ifadəsi işlənir. Suriya illərdir parçalanmış haldadır və Əsəd rejiminin ölkəsinin yaxın keçmişdəki ərazi bütövlüyünü təmin edəcəyi sual altındadır. Rejim milyonlarla suriyalının geri qayıtmasını da istəmir, çünki ölkəni tərk edənlər müxalif düşüncəlilər idi. Onlar isə rejimə lazım deyil.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Suriyadakı son gərginliklə bağlı qeyd edib.
O bildirib ki, Türkiyə, Rusiya və İranın Suriya ilə bağlı formalaşdırdıqları “Astana prosesi”nə yenidən ehtiyac yaranıb:
“Təsadüfi deyil ki, son olaylarla bağlı 3 ölkənin xarici işlər nazirləri arasında dialoq intensivləşib. Türkiyə Suriyanın ərazi bütövlüyünü tanısa da, bu ölkədən ərazisinə terror təhlükəsindən qorunmaq istəyir. Əsəd Ankaranın dialoq təklifini geri çevirməsəydi, bəlkə də silahlı müxalifətin hücumu baş verməz, rejim böyük ərazilər itirməzdi. Yenə də Ankara ilə dialoqu bərpa etmək üçün gec deyil”.
- Azərbaycana bunun üçün gəlmişəm - Çavuşoğlu
- Bizə Azərbaycanla müharibə lazım deyil - Paşinyan
- Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov?
- İrəvanla Bakı arasında sülh prosesi... - Simonyan
- Litvanın İrəvandakı səfiri sərhədə gəldi
- Bayramovla Mirzoyan Maltada görüşəcəkmi?
- Səfərovun gah nala, gah da mıxa vuran 3 vəkili...
- 4 uşaqlı ailədə faciə - Ata öldürüldü, ana saxlanıldı