Rusiyada yaşayan azərbaycanlı bloger Hüseyn Həsənov Çeçenistanın lideri Ramzan Kadırovla birgə səyahətə çıxıb.
BUTA.TV xəbər verir ki, bu barədə bloger İnstaqram səhifəsində paylaşım edib.
Paylaşımda Ramzan Kadırovu “böyük qardaş” adlandıran Həsənov onunla birlikdə vaxt keçirməkdən şad olduğunu deyib:
“Böyük qardaşımla Çeçenistanın dağlarında olduq - bu yerlərin əzəmətini sözlə ifadə etmək mümkün deyil. Hər şey buradadır: sakitlikdən inanılmaz enerjiyə qədər. Dincəlmək və enerji toplamaq üçün bir yer axtarırsınızsa, bura sizin üçündür”.
Bloger həmçinin paylaşdığı videoda bildirib ki, tezliklə Çeçenistanda toy edəcək. Ramzan Kadırov isə toyda tamada olacağına söz verib.
Qeyd edək ki, görüntülərdə Kadırovun danışmaqda çətinlik çəkdiyi də diqqətdən yayınmayıb.
- Toya hazırlaşanların diqqətinə - Video
- Bu yolda hərəkət bərpa olundu - AAYDA
- Azərbaycanın milli istiqlalına xəyanətkar sui-qəsd – Vəliyev
- Teleqram iki gündə 150 mindən çox kanalı blokladı
- Şəmkirdə oğul anasını öldürüb, özünü yandırdı
- FHN 454 nəfəri təxliyə etdi - Video
- Sabahın hava proqnozu açıqlandı
- Daşkəsəndə avtomobil yolu çökdü