Rusiyada yaşayan azərbaycanlı bloger Hüseyn Həsənov Çeçenistanın lideri Ramzan Kadırovla birgə səyahətə çıxıb.
BUTA.TV xəbər verir ki, bu barədə bloger İnstaqram səhifəsində paylaşım edib.
Paylaşımda Ramzan Kadırovu “böyük qardaş” adlandıran Həsənov onunla birlikdə vaxt keçirməkdən şad olduğunu deyib:
“Böyük qardaşımla Çeçenistanın dağlarında olduq - bu yerlərin əzəmətini sözlə ifadə etmək mümkün deyil. Hər şey buradadır: sakitlikdən inanılmaz enerjiyə qədər. Dincəlmək və enerji toplamaq üçün bir yer axtarırsınızsa, bura sizin üçündür”.
Bloger həmçinin paylaşdığı videoda bildirib ki, tezliklə Çeçenistanda toy edəcək. Ramzan Kadırov isə toyda tamada olacağına söz verib.
Qeyd edək ki, görüntülərdə Kadırovun danışmaqda çətinlik çəkdiyi də diqqətdən yayınmayıb.
- Azərbaycana bunun üçün gəlmişəm - Çavuşoğlu
- Bizə Azərbaycanla müharibə lazım deyil - Paşinyan
- Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov?
- İrəvanla Bakı arasında sülh prosesi... - Simonyan
- Litvanın İrəvandakı səfiri sərhədə gəldi
- Bayramovla Mirzoyan Maltada görüşəcəkmi?
- Səfərovun gah nala, gah da mıxa vuran 3 vəkili...
- 4 uşaqlı ailədə faciə - Ata öldürüldü, ana saxlanıldı