İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan

07:02 - 30 Noyabr 2024 - GÜNDƏM

 İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan

Gürcüstan kollektiv Qərbin tələblərini yerinə yetirməyə çalışsa, Rusiya ilə birbaşa qarşıdurmaya getməli olacaq.

BUTA.TV xəbər verir ki, bu sözləri erməni ekspert Tiqran Köçəryan Cənubi Qafqazda baş verən proseslər haqda deyib.

“Qərb bütün mümkün ocaqları partlatmağa və Rusiya üçün başağrısı yaratmağa çalışır. Yəni elə bir vəziyyət yaratmaq istəyirlər ki, 20 yanvardan (Trampın andiçməsindən – red.) sonra Donald Tramp istəsə belə, ABŞ dərin dövlətinin maraqlarından kənara çıxa bilməsin”, – o qeyd edib.

O iddia edib ki, Ermənistan Gürcüstandan fərqli olaraq əks yol tutub:

“Ermənistan hakimiyyətinin etdikləri tam əks məntiqdir. Ermənistanın təhlükəsizliyi, iqtisadiyyatı - hər şey Türkiyədən və Türkiyənin kiçik qardaşından (Azərbaycan nəzərdə tutulur – red.) asılı olacaq. Ermənistan bütün dövlət quruculuğu, dövləti qoruyan strukturlardan məhrumdur, burda tam türkləşmə gedir. Çox adam Paşinyan qərbpərəst və ya rusiyapərəst olduğunu söyləyir, amma yox, Paşinyan Türkiyənin tələblərini yerinə yetirir”.

Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkəsinin AB-yə üsvlük danışıqlarını 2028-ci ilə qədər dayandırdığını açıqlayıb. Bunun ardınca Gürcüstanda müxalifətin geniş aksiyaları başlayıb. Gürcüstan Prezidenti Salome Zurabişvili Gürcü Arzusu hökumətinin bu addımını "konstitusion çevriliş" adlandırıb və hamını aksiyalara çağırıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol