Mirzoyan Finlandiya prezidentinə Bakı ilə sülhdən danışdı

10:56 - 29 Noyabr 2024 - GÜNDƏM

 Mirzoyan Finlandiya prezidentinə Bakı ilə sülhdən danışdı

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Finlandiya Prezidenti Aleksandr Stubb Helsinkidə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması prosesini müzakirə ediblər.

BUTA.TV bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinə istinadən xəbər verir.

“Ararat Mirzoyan Cənubi Qafqazda dayanıqlı sülhün qurulması və Ermənistan vətəndaşları üçün daha təhlükəsiz mühitin təmin edilməsinin ölkənin xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayıb”, - məlumatda qeyd edilib.

Bildirilib ki, Ermənistanın XİN başçısı Bakı və İrəvan arasında sülh sazişinin imzalanması üçün siyasi iradənin mövcud olduğunu bəyan edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol