Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında ötən gün baş tutan telefon danışığında Cənubi Qafqaz da müzakirə edilib.
BUTA.TV Türkiyə mediasına istinadla xəbər verir ki, Ərdoğan Türkiyənin bölgədəki gərginliyə son qoymaq üçün səylərini davam etdirdiyini bildirib.
Türkiyə lideri həmçinin Ankaranın sülh prosesinə töhfə vermək üçün səylərini davam etdirəcəyini də vurğulayıb.
Qeyd edək ki, Türkiyə Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi proseslərinin bir-birinə bağlı olduğunu və Ermənistan-Azərbaycan danışıqlarının müsbət nəticə verəcəyi təqdirdə Ermənistan-Türkiyə sərhədinin açılacağını bir neçə dəfə bəyan edib.
- Adil Kərimli BMT forumu üçün Portuqaliyaya getdi
- Ədalət Verdiyev həbs olundu
- İrandan 100 min insan Azərbaycana qaça bilər
- Bir gündə “Azimut”un ikinci “Superjet”i qəza enişi etdi
- Papikyan sərhədimizə gəldi - Foto
- Ərdoğan Azərbaycanla bağlı Putinə nə deyib?
- Bayden də təbrik etdi: bəs, COP29-dan biz nə qazandıq?
- Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu