BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ümumi evimizin qorunmasına töhfə verəcəyinə ümid edirəm.
BUTA.TV xəbər verir ki, bunu Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ənənəvi “Angelus” duası zamanı deyib.
Pontifik Bakının ev sahibliyi edəcəyi COP29-un əhəmiyyətini vurğulayıb:
“Ümid edirəm ki, sabah Bakıda başlayacaq COP29 - İqlim Dəyişikliyi Konfransı ümumi evimizin qorunmasına səmərəli töhfə verəcək”.
Qeyd edək ki, Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolinin COP29-da iştirak üçün Azərbaycana səfər edəcəyi gözlənilir.
- Bu rayonda işıq olmayacaq
- Xarici İşlər Nazirliyi iftar tədbiri təşkil etdi
- Bu məhsullar kəskin bahalaşdı - Siyahı
- Ağdamda ilk bayram tonqalı qalandı - Foto
- Xalq artistində ağır xəstəlik tapıldı: Üç gündür...
- AMEA açıqlama yaydı, İsa Həbibbəylini rüsvay etdi
- Bu ərazilərdə qaz olmayacaq
- Axşam saatlarında Xankəndidə həyat - Video