Şad xəbər: Evlərə istiliyin verilməsi tarixi qabağa çəkildi

09:30 - 10 Noyabr 2024 - GÜNDƏM

 Şad xəbər: Evlərə istiliyin verilməsi tarixi qabağa çəkildi

Payız-qış mövsümi ilə bağlı evlərə veriləcək istiliyin tarixinin qabağa çəkildiyi haqda iddia yayılıb.

Bu barədə BUTA.TV-a şəhərin bir neçə binasının sakinləri məlumat verib.

Bina sakinləri istiliyin 11 noyabrdan başlayaraq mənzillərə veriləcəyi haqda bildiriş aldıqlarını vurğulayıblar.

“Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı isə onda belə bir məlumatın olmadığını deyib və qeyd edib ki, bu, yalnız istilik xətlərinin yoxlanılması ilə bağlı xəbərdarlıq ola bilər.

Bu xəbər hal-hazırda çox oxunur
Boşananlara bəd xəbər: aliment artırılır

Xatırladaq ki, Bakıda binalara istilik 15 noyabrdan 15 aprelə qədər verilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol