Dövlət Bayrağı Meydanında ucaldılan üçrəngli bayraq ölçüsünə görə "Ginnesin rekordlar kitabı"na düşüb.
BUTA.TV xəbər verir ki, bu barədə Report-a Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva deyib.
Onun sözlərinə görə, Dövlət Bayrağı Meydanı təmirə bağlanmazdan öncə bayraq dirəyinin hündürlüyünə görə bu rekord qırılmışdı:
"Hazırda isə yeni sertifikat Dövlət Bayrağı Meydanında ucaldılan bayrağın ölçüləri ilə bağlıdır. Hazırda ucaldılan bayrağın eni 36 metr, uzunluğu isə 72 metrdir. Bayrağımızın "Ginnesin rekordlar kitabı"na düşməsi iki gün öncə rəsmiləşdirilib. Bayrağın ümumi çəkisi 500 kiloqramdan artıqdır".
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 8-də Bakıda Dövlət Bayrağı Meydanında olublar. Dövlət başçısı burada Azərbaycanın üçrəngli bayrağını ucaldıb.
- Sabah hava necə olcaq?
- Xətaidə kanalizasiya kollektoru çökdü, evləri su basdı
- Neftçalada iki qardaş bayram günü faciəvi şəkildə öldü
- Allahşükür Paşazadə: Yaxın dostumu itirdim
- Prezidentdən Ramazan bayramı münasibətilə paylaşım...
- Bayram namazı qılındı
- İran rejimi buna görə sağ qalır: “Beyt” sistemi...
- Azərbaycanda Ramazan bayramıdır