Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakıdan Ciddə, Bəhreyn, Daşkənd, Ürgənc və Bişkek istiqamətləri üzrə uçuşlara sərfəli tariflər təklif edərək yeni aksiyaya start verir.
AZAL-dan BUTA.TV-a verilən məlumata görə, kampaniya çərçivəsində xüsusi qiymətlər noyabrın 25-nə kimi əldə edilən aviabiletlərə tətbiq edilir. Həmçinin yüksək tələbat dövrləri istisna olmaqla, aviaşirkətin 25 oktyabr-25 noyabr 2024-cü il tarixlərində həyata keçirəcəyi reyslərinə şamil olunur.
Təklif bu şəhərlərə səyahətinizi əlverişli qiymətlərlə planlaşdırmaq imkanı yaradır.
Aksiya çərçivəsində aşağıdakı qiymətlər təklif olunur:
Bakı-Ciddə:
- bir tərəfə 119 €-dan;
- gediş-dönüş 209 €-dan.
Ciddə-Bakı:
- bir tərəfə 129 $-dan;
- gediş-dönüş 229 $-dan.
Bakı-Bəhreyn:
- bir tərəfə 99 €-dan;
- gediş-dönüş 179 €-dan.
Bəhreyn-Bakı:
- bir tərəfə 99 $-dan;
- gediş-dönüş 189 $-dan.
Bakı-Daşkənd:
- bir tərəfə 99 €-dan;
- gediş-dönüş 179 €-dan.
Daşkənd-Bakı:
- bir tərəfə 99 $-dan;
- gediş-dönüş 189 $-dan.
Bakı-Ürgənc:
- bir tərəfə 99 €-dan;
- gediş-dönüş 169 €-dan.
Ürgənc-Bakı:
- bir tərəfə 89 $-dan;
- gediş-dönüş 179 $-dan.
Bakı-Bişkek:
- bir tərəfə 99 €-dan;
- gediş-dönüş 179 €-dan.
Bişkek-Bakı:
- bir tərəfə 99 $-dan;
- gediş-dönüş 189 $-dan.
Bakıdan Ürgənc və Bişkekə reyslər həftədə 1 dəfə, Bəhreynə - həftədə 2 dəfə, Ciddəyə - həftədə 3 dəfə, Daşkəndə isə həftədə 4 dəfə həyata keçirilir.
AZAL-ın xüsusi təklifindən yararlanaraq Şərqin əfsanəvi şəhərlərinə sərfəli səyahətinizi planlaşdırmaq şansını qaçırmayın!
- Sabirabadda əməliyyat: saxlanılanlar var - Foto
- Speys TV bağlanır? – Telekanal daxilində baş verənlər...
- “Azercell”in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi
- Bakının 2 rayonunda qaz olmayacaq
- Tahir Budaqov bu vəzifəsindən getdi
- Şahin Bağırov onları rəis təyin etdi
- Qobustan qoruğunda yeni qayaüstü təsvirlər aşkarlandı - Foto
- Nazirlər Kabinetinin bu səlahiyyəti ləğv edildi