UEFA Avropa Liqasının Liqa mərhələsinin III turu çərçivəsində bu axşam Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Ayaks" görüşü ilə bağlı stadionun ətraf küçələrinə avtomobillə giriş qadağan ediləcək.
BUTA.TV xəbər verir ki, bu barədə Oxu.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin bölmə rəisi Toğrul Nəsirli bildirib.
"Saat 19:00-dan sonra oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionu ərazisində və ətrafdakı yollarda müəyyən məhdudiyyətlər tətbiq olunacaq. Vətəndaşlardan xahiş edirik ki, həmin istiqamətə ictimai nəqliyyat vasitələrindən istifadə edərək gəlsinlər".
Qeyd edək ki, "Qarabağ" - "Ayaks" görüşü saat 20:45-də start götürəcək.
- Sabirabadda əməliyyat: saxlanılanlar var - Foto
- Speys TV bağlanır? – Telekanal daxilində baş verənlər...
- “Azercell”in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi
- Bakının 2 rayonunda qaz olmayacaq
- Tahir Budaqov bu vəzifəsindən getdi
- Şahin Bağırov onları rəis təyin etdi
- Qobustan qoruğunda yeni qayaüstü təsvirlər aşkarlandı - Foto
- Nazirlər Kabinetinin bu səlahiyyəti ləğv edildi