Bu gün Sumqayıtda elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Azərişıq ASC-dən BUTA.TV-a verilən məlumata görə, Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bir sıra ərazilərdə həyata keçirilən yenidənqurma işləri ilə əlaqədar bu gün elektrik xətləri sifarişə əsasən açılacaq.
Bununla əlaqədar olaraq saat 10:00-dan 12:00-dək Sumqayıtda 9, 10, 12, 14-cü mikrorayonlarda, eləcə də bəzi məhəllələrdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
- Nazirlər Kabinetinin bu səlahiyyəti ləğv edildi
- “Kristal”dan fürsət: 2, 3, 4 otaq, eləcə də studiya premium mənzillər...
- Prezident fərman imzaladı
- Fərhad Adıgözəlov idarə rəisini vəzifəsindən azad etdi
- Arvadını güllələyən klinika direktoruna hökm oxundu
- AMB 3 şirkəti cərimələdi
- Qırıcılarımız Türkiyə səmasında - Video
- AİB ilə sosial sahədə əməkdaşlıq müzakirə edildi