Azərbaycanda yaxın günlərdə daha təkmil "Bakıkart" proqramı istifadəyə veriləcək.
BUTA.TV xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov Bakıda keçirilən "Gələcək üçün dayanıqlı nəqliyyat" adlı tədbirdə bildirib.
Bu proqram Bakıda ictimai nəqliyyatdan istifadənin əlçatanlığını, təmassız ödənişi təmin edəcək, avtobusların real vaxt rejimində izlənməsinə imkan verəcək:
"Azərbaycanda son dövrlərdə onlayn bilet alışı, parkinq və digər bu tipli sahələr üzrə layihələr hazırlanıb, mobil tətbiqlər istifadəyə verilib. Dayanıqlı inkişafı təmin etmək üçün nəqliyyatın bütün infrastrukturunun yenilənməsi işləri həyata keçirilir".
- Sabirabadda əməliyyat: saxlanılanlar var - Foto
- Speys TV bağlanır? – Telekanal daxilində baş verənlər...
- “Azercell”in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi
- Bakının 2 rayonunda qaz olmayacaq
- Tahir Budaqov bu vəzifəsindən getdi
- Şahin Bağırov onları rəis təyin etdi
- Qobustan qoruğunda yeni qayaüstü təsvirlər aşkarlandı - Foto
- Nazirlər Kabinetinin bu səlahiyyəti ləğv edildi