Bu barədə Baş Prokurluqdan soruşun, mən heç nə deyə bilmərəm.
BUTA.TV xəbər verir ki, bunu AzPolitika.info-ya keçmiş deputat, AMEA-nın İşlər İdarəsinin sabiq müdiri Elton Məmmədov adıçəkilən qurumla bağlı aparılan cinayət işi barədə danışarkən deyib.
E.Məmmədov cinayət işi ilə bağlı istintaqa cəlb edilmədiyini vurğulayıb və bu barədə əlavə heç bir fikir bildirmək niyyətində olmadığını qeyd edib.
Xatırladaq ki, Baş Prokurorluğun məlumatında qurumun 2020-2023-cü illərə dair fəaliyyəti üzrə təyin edilmiş audit yoxlamaları nəticəsində vəzifəli şəxslər tərəfindən külli miqdarda dövlət vəsaitinin təyinatı üzrə istifadə edilməməsi, habelə digər qanun pozuntularının törədilməsinə əsaslı şübhələr müəyyən edildiyi bildirilib. Qeyd edilən faktlarla bağlı aparılmış araşdırma üzrə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
- Sabirabadda əməliyyat: saxlanılanlar var - Foto
- Speys TV bağlanır? – Telekanal daxilində baş verənlər...
- “Azercell”in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi
- Bakının 2 rayonunda qaz olmayacaq
- Tahir Budaqov bu vəzifəsindən getdi
- Şahin Bağırov onları rəis təyin etdi
- Qobustan qoruğunda yeni qayaüstü təsvirlər aşkarlandı - Foto
- Nazirlər Kabinetinin bu səlahiyyəti ləğv edildi