İki gündür ölkə ərazisində müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar yaranan xüsusi hallarla bağlı aidiyyəti qurumlarla birlikdə işçi qrup yaradılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, agentliyə və agentliyin yerli təhsili idarəetmə bölmələrinə daxil olan müraciətlər qeydiyyata alınır və təhlillər aparılır.
Qeyd edilib ki, şagirdlərin davamiyyətində ciddi dəyişiklik müşahidə edilmir və təlim-tədris prosesi fasiləsiz şəkildə davam edir.
Bununla yanaşı, hava şəraitinin yaratdığı fəsadlarların aradan qaldırılması və təhsil müəssisələrində tədris prosesinin fasiləsizliyinin təmin edilməsi məqsədilə müvafiq addımlar atılır.
Müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq xüsusilə azyaşlı məktəblilərin valideynlərini dərsə gedən övladlarını nəzarətdə saxlamağa çağırır, təhsil müəssisələrinin rəhbərlərindən və valideynlərdən müvafiq təhlükəsizlik tədbirlərinə riayət etmələrini xahiş edirik.
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir