Bu günlərdə Moldovada seçkilər keçirildi və orada hətta referendumun nəticələrini xaricdə yaşayan moldavanların verdiyi səs dəyişdi. Hörmətli həmkarımız Siyavuş Novruzov da burada zaman-zaman Seçki Məcəlləsinə baxılması ilə bağlı məsələ qaldırıb. Azərbaycan vətəndaşlarının da əhəmiyyətli bir hissəsi xarici ölkələrdə işləyirlər, yaşayırlar.
BUTA.TV xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.
Millət vəkili bildirib ki, onların yaşadıqları, işlədikləri şəhərlərin hamısında bizim seçki məntəqələri yaratmaq imkanımız yoxdur:
“Ona görə də onlar səsvermə imkanlarından məhrum olurlar. Qarşıdan bələdiyyə seçkiləri gəlir. Bəlkə bələdiyyə seçkilərinə qədər pilot layihə kimi bir neçə seçki dairəsində vətəndaşlara onlayn qaydada səsvermə hüququnun tanınması haqqında məsələyə baxaq? Bunu İcra Hakimiyyəti orqanları ilə də müzakirə edə bilərik. Onlar özlərinin PİN kodlarını daxil etməklə onlayn qaydada öz səslərini verə bilsinlər”.
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir