Bakıda yağışlı havalarda piyadaların üzərinə qəsdən palçıqlı yağış suyu sıçradan sürücülərə rast gəlinir. Belə vəziyyət vətəndaşları narahat edir və bu halların qarşısının alınmasını istəyirlər.
BUTA.TV Bakı.vs-yə istinadən xəbər verir ki, bu məsələ İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tənzimlənir.
Maddədə deyilir ki, su və ya palçığın yolda piyadalara, binalara və nəqliyyat vasitələrinə qəsdən sıçradılmasına görə sürücülər 40 manat məbləğində cərimə olunur. Bunun üçün vətəndaş belə bir halla qarşılaşan zaman 102 xidmətinə və yol polisinin 902 xidmətinə müraciət edib, əraziyə polis çağıra bilər.
Mövzu ilə bağı Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis kapitanı Toğrul Nəsirli bildirib ki, harada gölməçə varsa, sürücü həmin yerdən ehtiyatla keçməli, sürəti minimuma endirməlidir ki, su yol kənarında hərəkətdə olan və ya dayanmış piyadaların üzərinə sıçramasın:
"Əgər sürücü qəsdən idarə etdiyi avtomobillə piyadanın üzərinə su sıçradarsa, onda onu cərimə gözləyir. Piyadalar əgər hər hansı nəqliyyat vasitəsi tərəfindən su sıçradılması halına məruz qalarsa, onda bununla bağlı şikayət edə və həmin şəxsin cərimələnməsini təmin edə bilər".
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir