Bu gün səhər saatlarında Bakıda ev uçqunu baş verib.
BUTA.TV Konkret.az-a istinadla xəbər verir ki, bu barədə Yasamal rayonu Abdulla Şaiq küçəsi, dalan 10 ünvanında yaşayan sakinlər məlumat veriblər.
Məlumata görə, iki gündür aramsız yağan yağışlar ikimərtəbəli binanın çökməsinə səbəb olub.
Nəticədə tamamilə uçub-dağılan ev dar dalan boyu sakinlərin yolunu bağlayıb. Həmçinin əraziyə qaz və elektrik enerjisi verilişi dayandırılıb.
Vətəndaşlar bildirir ki, artıq Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb olunub və ev sahibi uçqun altından çıxarılıb.
Sakinlər onu da qeyd edirlər ki, sözügedən ərazi söküntü zonasıdır və hətta uzun illər öncə bununla bağlı müvafiq sənədləri toplayıb aidiyyəti qurumlara təqdim ediblər.
- Sabirabadda əməliyyat: saxlanılanlar var - Foto
- Speys TV bağlanır? – Telekanal daxilində baş verənlər...
- “Azercell”in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi
- Bakının 2 rayonunda qaz olmayacaq
- Tahir Budaqov bu vəzifəsindən getdi
- Şahin Bağırov onları rəis təyin etdi
- Qobustan qoruğunda yeni qayaüstü təsvirlər aşkarlandı - Foto
- Nazirlər Kabinetinin bu səlahiyyəti ləğv edildi