Nazirlər Kabineti “Mədəniyyət təsisatlarına xüsusi statusların verilməsi Qaydası”nda dəyişiklik edib.
BUTA.TV xəbər verir ki, indiyə qədər dövlət mədəniyyət müəssisələrinə tarixi və mədəni roluna, yaradıcılıq fəaliyyətinin əhəmiyyətinə, fondlarının zənginliyinə, nadirliyinə, milli dəyərlərin qorunması və təbliği sahəsində nailiyyətlərinə görə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən milli, akademik və respublika əhəmiyyətini təsdiq edən status verilib.
Dəyişikliyə əsasən, bu sıraya dövlət mədəniyyət müəssisələrinin beynəlxalq əhəmiyyətini təsdiq edən status da əlavə olunur.
“Beynəlxalq” status aşağıdakı meyarlar nəzərə alınmaqla veriləcək
Konsert müəssisələri üzrə:
- tərkibində ən azı 2 kollektivi olan;
- beynəlxalq səviyyədə böyük nüfuz qazanan, milli mədəniyyətin təbliğatı və təşviqatı istiqamətində, o cümlədən beynəlxalq miqyasda təbliğində xüsusi rolu olan;
- əhalinin müxtəlif təbəqələrinin estetik zövqünü, bədii anlamını formalaşdıran və onlarda bədii yaradıcılığa meyil oyadan;
- vətənpərvərlik, humanizm, vətəndaşlıq, habelə milli, mənəvi, multikultural dəyərlərə hörmət və rəğbət hissləri aşılayan;
- dünyanın aparıcı konsert və ya mədəniyyət sahəsi üzrə ixtisaslaşmış tədris və digər mədəniyyət müəssisələri, folklor-araşdırma, ekspedisiya mərkəzləri, müvafiq beynəlxalq təşkilatlar, eləcə də xarici ölkələrin aidiyyəti qurumları, diplomatik nümayəndəlikləri və konsulluqları ilə birgə əməkdaşlıq edən;
- muğam, aşıq sənəti və xalq musiqisi ilə bağlı müxtəlif səpkili beynəlxalq və yerli səviyyəli tədbirlər (festival, müsabiqə, konsert, ustad dərsləri, elmi konfranslar, seminarlar, mühazirələr, simpoziumlar, dəyirmi masa və s.) təşkil edən və bu cür tədbirlərdə iştirak edən;
- Azərbaycanın bölgələrinə və ölkə xaricinə mütəmadi qastrol səfərləri təşkil edən;
- UNESCO çərçivəsində milli mənəvi dəyərlərin qorunmasında və Azərbaycan mədəniyyətinin təbliğində fəal iştirak edən;
- müxtəlif layihələr çərçivəsində Azərbaycan mədəniyyətinin təbliğinə yönəlmiş kitablar nəşr edən, həmin kitabların xarici dillərə tərcüməsini həyata keçirərək təqdimatını reallaşdıran;
- tərkibində səsyazma və ya video studiyaları yaradan;
- asudə vaxtın səmərəli təşkilində və insanların ictimai mövqeyinin formalaşmasında yaxından iştirak edən.
Beynəlxalq” status almış müəssisələrin işçilərinin aylıq vəzifə maaşlarına müəyyən edilmiş əlavələr aşağıdakı kimi olacaq:
- 1-4-cü dərəcələr - 55 manat
- 5-7-ci dərəcələr - 90 manat
- 8-11-ci dərəcələr - 120 manat
- 12-15-ci dərəcələr - 160 manat
- 16-17-ci dərəcələr - 200 manat
- 18-19-cu dərəcələr - 280 manat
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir