Analitiklərin hesablamalarına görə, ən son Ayfon modelləri Android-in qabaqcıl rəqiblərindən daha sürətlə ucuzlaşır.
BUTA.TV Lent.az-a istinadən xəbər verir ki, alınandan iki həftə sonra Ayfon 16 seriyalı smartfonlar ABŞ-ın təkrar bazarında orijinal qiymətindən orta hesabla 41,2% ucuz satıla bilər.
Məlumata görə, bu, Ayfon üçün rekord qıran göstəricidir.
Bildirilir ki, Ayfon satışlarının ilk iki həftəsində Ayfon 15-dən 8% daha tez dəyərsizləşir. Üstəlik, bu tendensiya yalnız standart modellərdə deyil, bütün xətt boyunca müşahidə olunur.
Eyni zamanda, Samsunq cihazları əks mənzərəni göstərir.
Anilitiklər qeyd edir ki, Ayfonlar uzun müddətdir ki, mobil qurğular arasında ən yaxşı investisiya hesab edilir. Çünki onlar müəyyən müddətdən sonra sərfəli şəkildə satıla bilər. Bununla belə, Ayfon 12-dən başlayaraq hər yeni nəsil əvvəlkindən daha tez dəyərini itirdi. Bu, yeni smartfon seçərkən istehlakçıların qərarlarına əhəmiyyətli dərəcədə təsir edə bilər.
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir