Kanalda tapılan meyit 29 yaşlı qızın imiş

15:42 - 20 Oktyabr 2024 - GÜNDƏM

 Kanalda tapılan meyit 29 yaşlı qızın imiş

Ötən gün axşam saatlarında Samur-Abşeron kanalının Şabran rayonunun Gəndob kəndi ərazisindən keçən hissəsində aşkarlanan meyitin kimə məxsus olması müəyyənləşib.

BUTA.TV xəbər verir ki, meyitin Xaçmaz rayonu, Hacıəlibəy kənd sakini, 1995-ci il təvəllüdlü Cəfərova Kübraxanım Cəlil qızına məxsus olduğu bəlli olub.

Onun oktyabrın 3-də itkin düşdüyü bildirilir. 29 yaşlı qızın hansı səbəbdən Samur-Abşeron kanalına düşdüyü məlum deyil.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bu xəbər hal-hazırda çox oxunur
Prezidentdən qərar: Bu agentlik ləğv olunur

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol