Bakıda ev tipli qeyri-yaşayış obyektini kirayələyib, qumar oyunları təşkil edən şəxsə hökm oxunub.
BUTA.TV Qaynarinfo-ya istinadən xəbər verir ki, 22 iyun 1970-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunda doğulmuş Azər Turabov Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Məlum olub ki, Azər Turabov Sabunçu rayonunda iki otaqlı ev tipli qeyri-yaşayış sahəsi kirayələyib. Mövlə, Yaşar, Elzar, Asim adlı tanışları həmin yerdə qumar oynamağa yer təşkil etdiyinə görə hər dəfə ona 40 manat pul veriblər.
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 244-1.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 15 000 manat məbləğində cərimə cəzasına məhkum edilib.
- 2198 müəllim bu sadə suala cavab verə bilmədi - Foto
- Ölkədə uşaqlara bu adların qoyulması qadağan edilir
- Bu prospektin kəsişməsində yeni işıqforlar quraşdırılır
- Sabirabadda əməliyyat: saxlanılanlar var - Foto
- Speys TV bağlanır? – Telekanal daxilində baş verənlər...
- “Azercell”in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi
- Bakının 2 rayonunda qaz olmayacaq
- Tahir Budaqov bu vəzifəsindən getdi