İsrail bu uğura necə nail oldu? – Türk general

16:14 - 19 Oktyabr 2024 - MÜSAHİBƏ

 İsrail bu uğura necə nail oldu? – Türk general

İki ölkə və ya toplum arasında qarşıdurma zamanı tərəflərin lideri təbii ki, əsas strateji hədəfə çevrilir. Münaqişə başladığı gündən İsrail istər HƏMAS, istər Hizbullah, istərsə də İranın liderlərinə, yüksək rütbəli şəxslərinə yönəlmiş zərərsizləşdirmə əməliyyatları həyata keçirdi. Bu günə qədər İsrail təqribən 25 yüksək rütbəli şəxsi aradan götürüb.

Bu sözləri BUTA.TV-a Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz İsrailin HƏMAS və Hizbullahın önəmli fiqurlarını hədəf almasını şərh edərkən deyib.

“Bu əməliyyatların uğurunda birinci önəmli amil İsrailin kəşfiyyatıdır. İkincisi, casus şəbəkəsi, meydanda İsrailin məlumat toplayan agentlərinin olmasıdır. Ümumiyyətlə, İsrailin ən güclü olduğu sahə texniki kəşfiyyat və casus şəbəkəsidir. Təbii ki, həmin şəxslər strateji hədəf olduğu üçün ən üst səviyyədə qorunaraq fəaliyyət göstərirlər. Onlar bir çox texnoloji cihazlardan istifadə etmir, yerlərini aşkar edəcək, peyklərdən izləniləcək vəziyyətlərdən qaçırlar. Bu tədbirlərə rəğmən, son hadisələrdən görürük ki, İsrail vəziyyəti effektiv şəkildə idarə edir. Bunda isə Təl-Əvivin bölgədə ikitərəfli agent kimi istifadə etdiyi kadrlara sahib olmasının olduqca böyük önəmi var. Çünki bu kimi hadisələr zamanı hədəfin yerini müəyyənləşdirmək, onu zərərsizləşdirmək çox vacibdir.

Üçüncü amil İsrailin hədəfləri eyni həssasiyyətlə eyni nöqtədə vura bilməsi qabiliyyətinə sahib olmasıdır. Bu taktika İsrail tərəfindən olduqca təkmilləşdirilib”.

Bu xəbər hal-hazırda çox oxunur
Prezidentdən qərar: Bu agentlik ləğv olunur

Yücel Karauzun sözlərinə görə, belə qısa zamanda Hizbullah və HƏMAS əleyhinə effektiv əməliyyatların aparılması İsrailə qarşı mütəşəkkil strukturun dağılmasını, komandanlıq sisteminin parçalanmasını təmin edir:

“Təbii ki, illər ərzində müxtəlif səviyyələrdən keçərək yetişdirilmiş yüksək səviyyəli rəsmilərin, rəhbər şəxslərin zərərsizləşdirilməsi həm HƏMAS, həm də Hizbullahın idarəçilik və təşkilatçılıq baxımından aciz duruma düşməsinə səbəb olacaq. Bu, onların İsraillə mübarizəsinə böyük təsir göstərəcək. İsrailin bu kimi əməliyyatları fasiləsiz davam etdirəcəyini düşünürəm”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol