Livana bütün cəbhələrdə kömək etməyə hazırıq.
BUTA.TV xəbər verir ki, bunu İtaliya Baş naziri Corciya Meloni Livana səfəri çərçivəsində bu ölkədən olan həmkarı Nəcib Mikati ilə görüşdə deyib.
O bildirib ki, Qəzzada davamlı sülh mütləqdir:
“Birləşmiş Millətlər Təşkilatının Beyrutdakı sülhməramlı qüvvələri gücləndirilməlidir. Bu ölkə böyük çətinliklərin öhdəsindən gəlməyə çalışır. İtaliya bütün istiqamətlərdə yardım göstərməyə hazırdır. Hazırda Livanda baş verən toqquşmalara görə 1 milyondan çox livanlı öz evini tərk edib. Biz bu məsələni Avropada qaldıracağıq. Qaçqınların öz ölkələrinə qayıtması üçün lazımi şəraitin yaradılmasını təmin edəcəyik”, - C.Meloni bildirib.
- 2198 müəllim bu sadə suala cavab verə bilmədi - Foto
- Ölkədə uşaqlara bu adların qoyulması qadağan edilir
- Bu prospektin kəsişməsində yeni işıqforlar quraşdırılır
- Sabirabadda əməliyyat: saxlanılanlar var - Foto
- Speys TV bağlanır? – Telekanal daxilində baş verənlər...
- “Azercell”in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi
- Bakının 2 rayonunda qaz olmayacaq
- Tahir Budaqov bu vəzifəsindən getdi