“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq “qırmızı şeytanlar”ın rəhbərliyinin yaxın vaxtlarda onu klubdan göndərəcəyi ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirib.
“BUTA.TV” bu barədə ESPN-ə istinadən xəbər verir.
“Təbii ki, biz olduğumuz mövqedən narazıyıq. Amma buna baxmayaraq, klubda sakitlikdir. Biz plana uyğun hərəkət edirik və uğur qazanacağımıza əminik. Bu klubda birik. Bunu fasilədən əvvəl də demişdim. Bəzi jurnalistlər mənə inanmırlar. Bütün səs-küy hekayə və nağıl uyduran mediadan gəlir. Onlar yalan yayırlar. Onların xəbərlərini görmüşəm”, - mütəxəssis jurnalistlərə deyib.
Daha əvvəl mətbuatda hollandiyalı mütəxəssisin “Mançester Yunayted”in növbəti iki oyununun nəticələrinə görə qovula biləcəyi ilə bağlı məlumatlar yayılıb.
Haqın komandası növbəti oyununu oktyabrın 19-da “Brentford”a qarşı keçirəcək.
Qeyd edək ki, “Mançester Yunayted” İngiltərə Premyer Liqasının turnir cədvəlində 8 xalla 14-cü yerdədir.
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi