“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan millisinin direktoru İlqar Qurbanovun “Əvvəl milliyə sifarişlə futbolçular cəlb olunurdu” açıqlaması ilə bağlı ona ünvanlanan suala cavab verib.
“BUTA.TV” xəbər verir ki, təcrübəli mütəxəssis millidə baş məşqçi kimi çalışdığı dönəmdə belə bir şeylə üzləşmədiyini bildirib:
“Məni düz anlayın. Mən qeyri-ciddi fikirlərə önəm vermirəm. Bu danışıqlar sovet düşüncəsidir. Bacarıqlı futbolçuya görə heç kim zəng etmir. Mən belə şey görməmişəm, şahidi olmamışam. Belə fikirlər insanları futboldan uzaqlaşdırır. Mənə kim sifariş edə bilər ki? Verilişə baxmamışam. İlqarı görəndə soruşaram. Bəlkə mənə deyər ki, kimlər sifarişlə çağırılıb”.
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi