Mərkəzi Univermaqda qızıl satmaq istəyənlərin başına iş gəldi

20:02 - 18 Oktyabr 2024 - KRİMİNAL

 Mərkəzi Univermaqda qızıl satmaq istəyənlərin başına iş gəldi

 

Mərkəzi Univermaqda qadın satıcı müştərilərin qızıllarını ələ keçirməkdə ittiham edilir. 

BUTA.TV”nun əldə etdiyi məlumata görə, cinayətin üstü aldadılan şəxslərin polisə müraciətindən sonra açılıb.

İstintaq materiallarında yazılıb ki, Mərkəzi Univermaqda satıcı işləyən 31 yaşlı Günay Muradəliyeva üç nəfərdən satış üçün götürdüyü qızılları “Yetər” MMC adı ilə fəaliyyət göstərən lombarda və banklardan birinə girov qoymaqla külli miqdarda pul götürüb. Həmin pulları öz şəxsi məqsədləri üçün sərf edib.

Bu xəbər hal-hazırda çox oxunur
COP29-un bağlanış plenar iclası keçirilir

Üç zərərçəkmişin Günaya etibar etdikləri qızılların ümumi məbləği 103 min manat qiymətləndirilib.

Polis əməkdaşları tərəfindən aparılan araşdırma nəticəsində Günay Muradəliyeva dələduzluq maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilib. 

İstintaq müddətində zərərçəkmiş şəxslərə dəymiş ziyanın yarısından çoxu ödətdirilib. Bu səbəbdən onun həbsinə ehtiyac görülməyib.

Sonradan G.Muradəliyevanın əməli dələduzluqdan mənimsəmə cinayətinə tövsif edilib. İşin istintaqının davamı Səbail Rayon Prokurorluğuna həvalə edilib.

Təqsirləndirilən şəxsə yekun ittiham edilərək toplanmış materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim xanım müttəhimin sərbəst mühakimə edilməsinə qərar verib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol