Azərbaycanda audiovizual media subyektlərinin sayı 95-ə çatıb.
BUTA.TV xəbər verir ki, bu barədə Audiovizual Şura məlumat yayıb.
Belə ki, Şuranın müvafiq qərarları ilə universal platforma operatoru və sifarişli yayım xidməti provayderi - "Kontakt TV" lisenziyaları verilib. Bundan başqa, "Səs TV" və "Biznes TV" peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyalarının verilməsi barədə müvafiq qərarlar qəbul olunub.
Qeyd edilib ki, yeni lisenziyaların verilməsindən sonra Azərbaycan Respublikasında audiovizual media subyektlərinin sayı 95-ə (135 lisenziya fəaliyyəti ilə) çatıb.
Hazırda Audiovizual Şuradan lisenziya alaraq fəaliyyət göstərən 42 televiziya və 21 radio kanalı, 5 sifarişli yayım xidməti provayderi, 2 multipleks operatoru, 53 platforma operatoru mövcuddur.
- Bulud dağıdan toplardan niyə istifadə etmirik?
- 2198 müəllim bu sadə suala cavab verə bilmədi - Foto
- Ölkədə uşaqlara bu adların qoyulması qadağan edilir
- Bu prospektin kəsişməsində yeni işıqforlar quraşdırılır
- Sabirabadda əməliyyat: saxlanılanlar var - Foto
- Speys TV bağlanır? – Telekanal daxilində baş verənlər...
- “Azercell”in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi
- Bakının 2 rayonunda qaz olmayacaq