Tikinti materialları bahalaşdı - Qiymətlər

11:32 - 18 Oktyabr 2024 - GÜNDƏM

 Tikinti materialları bahalaşdı - Qiymətlər

Havalar soyuyandan bəri təmir-tikinti materialları bazarında durğunluq yaşanır.

BUTA.TV "Xəzər xəbər"ə istinadla xəbər verir ki, satıcılar son günlər bazarda alıcı qıtlığının olduğunu bildiriblər.

Deyiblər ki, alıcı azlığı adətən qiymətlərin ucuzlaşması ilə nəticələnsə də, bu dəfə elə olmayıb.

Sahibkarlar bildirib ki, tikintidə ən çox istifadə edilən taxtaların qiyməti artıb.

Bu xəbər hal-hazırda çox oxunur
Prezidentdən qərar: Bu agentlik ləğv olunur

Sahibkar Vüqar Əzimovun sözlərinə görə, bahalaşan əsasən yaş taxtalardır. Bir kisə sementin qiyməti isə 7 manat 50 qəpikdən 8 manata kimi qalxıb. Xırdavat tikinti materiallarında isə artım demək olar ki, yoxdur. Tollar 12-18 manat, mismarın kiloqramı isə 2-3 manat arasındadır. Armaturların qiymətləri də dəyişməz olaraq qalır.

Həmçinin alçipan qiymətləri də dəyişməyib. Bununla belə, istehsalçıya görə material ucuz və baha ola bilər. Alçipan qiymətləri əsasən 6-11 manat arasındadır.

Ucuzlaşan tikinti materialları içərisində isə dam örtükləri var. Satıcıların sözlərinə görə, ciddi endirim etsələr də, tələbatı artıra bilməyiblər.

Döşəmə materiallarının qiymətlərinə gəlincə isə, satıcılar dedilər ki, laminatlar 10 manat 50 qəpikdən başlayır. Parketlərin 1 kvadratmetri isə 35-120 manat arasında dəyişir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol