Oktyabrın 19-dan 20-nə keçən gecə, saat 02:30-dan 05:30-dək Bakı şəhərinin bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinin müvəqqəti dəyişdirilməsi ilə əlaqədar olaraq, Hava Limanı şosesi, Heydər Əliyev prospekti və digər əsas yollar üzrə avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
Bakı hava limanından BUTA.TV-a bildirilib ki, gecikmələrin qarşısını almaq üçün səfərlərin öncədən planlaşdırılması, alternativ Zığ şosesi-Zığ-Hövsan-Hava Limanı marşrutundan istifadə edilməsi, ictimai nəqliyyat vasitələrinə üstünlük verilməsi tövsiyə olunur.
Bundan başqa, “Aeroexpress” avtobuslarının gecə saatlarında 45 dəqiqə intervalla xidmət göstərdiyi bildirilir.
- Bulud dağıdan toplardan niyə istifadə etmirik?
- 2198 müəllim bu sadə suala cavab verə bilmədi - Foto
- Ölkədə uşaqlara bu adların qoyulması qadağan edilir
- Bu prospektin kəsişməsində yeni işıqforlar quraşdırılır
- Sabirabadda əməliyyat: saxlanılanlar var - Foto
- Speys TV bağlanır? – Telekanal daxilində baş verənlər...
- “Azercell”in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi
- Bakının 2 rayonunda qaz olmayacaq