Mübariz İbrahimovun atasının ölüm səbəbi açıqlandı - Rəsmi

13:16 - 16 Oktyabr 2024 - GÜNDƏM

 Mübariz İbrahimovun atasının ölüm səbəbi açıqlandı - Rəsmi

Milli Qəhrəman Mübariz İbrahimovun atasına dəqiqləşdirilməmiş hipotenziya, miokard infarktı, kardiogen şok diaqnozu təyin edilib.

Bu barədə BUTA.TV-a Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

Qeyd olunub ki, göstərilən bütün tibbi yardımlara və həkimlərin çoxsaylı səylərinə baxmayaraq onun ölüm faktı qeydə alınıb:

"Oktyabrın 16-sı saat 09:00-da Ağakərim İbrahimov ağır vəziyyətdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına təcili tibbi yardım vasitəsilə hospitalizasiya olunub.

Bu xəbər hal-hazırda çox oxunur
COP29-da tarixi qərar qəbul olundu

Ona dəqiqləşdirilməmiş hipotenziya, miokard infarktı, kardiogen şok diaqnozu təyin edilib. Dərhal bütün zəruri reanimasiya tədbirləri həyata keçirilib.

Göstərilən bütün tibbi yardımlara və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 11:35-də ölüm faktı qeydə alınıb".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol