Sabirabadda 135 minlik dələduzluq: saxlanılan var

14:24 - 14 Oktyabr 2024 - GÜNDƏM

 Sabirabadda 135 minlik dələduzluq: saxlanılan var

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon sakini olan bir nəfərə qarşı dələduzluq etməkdə təqsirli bilinən Ziya Əliyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan BUTA.TV-a verilən məlumata görə, araşdırmalar zamanı həmin şəxsin zərərçəkənin etibarından istifadə edərək onunla şərikli biznes quracağı barədə yalan vədlər verdiyi və 135 150 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Z.Əliyevin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol