Bakının Ağa Nemətulla küçəsində sürücülərin yol hərəkəti qaydalarını kobud şəkildə pozma halları ilə bağlı tədbirlər görülüb. Xatırladaq ki, ərazidəki kəsişmədə sürücülər heç bir yol nişanının tələbinə riayət etmirdilər.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) BUTA.TV-a verilən məlumata görə, qeyd edilən ərazidə asfalt örtüyü yenidən bərpa olunub və xətlənmə işləri görülərək hərəkətin düzgün qaydada tənzimlənməsi təmin edilib.
Bundan əlavə, sözügedən küçələrin kəsişməsində yol nişanlarının tələblərinə riayət etməyən sürücülər barəsində xüsusi texniki vasitələrin köməyi ilə elektron qaydada qanunauyğun tədbirlər görülür.
- Gəncədə 1 yaşlı uşaq xəstəxanada öldü
- Bu ərazilərə qar yağdı – Faktiki hava
- Əfqan Sadıqov Tiflisdə saxlanıldı
- İrandan Azərbaycana təxliyə olunanların sayı...
- Çəpiş ətinə tələbat niyə artıb? - Video
- Xəzər dənizindəki gəmilərə xəbərdarlıq edildi
- Xudayar şəhid olduğu yerə son nəfəsində bu sözləri yazıb - Video
- Azərbaycanda bu ərazilərə qar yağır