Amerikalı sahibkar, mühəndis və milyarder İlon Maska məxsus "Tesla" şirkəti "Kiberkab" (Cybercab) adlı pilotsuz robotaksi hazırlayıb.
BUTA.TV Publika.az-a istinadla xəbər verir ki, yeni məhsulu şirkətin sahibi təqdim edib. "Tesla" onlarla oxşar taksi nümayiş etdirib. Mask onlardan birinə əyləşib.
"Biz yolların görünüşünü dəyişdirmək istədik. Gələcək gələcək kimi görünməlidir", - Mask deyib.
Milyarder bildirib ki, ən yeni avtomobillərdə pedallar və sükan yoxdur. O, robotaksini “düyməni bas və unut” prinsipi ilə işləyən liftlə müqayisə edib.
Maskın sözlərinə görə, avtomobilin qiyməti 30 min dollardan az olacaq.
- Kahı yükünün içərisindən külli miqdarda marixuana çıxdı
- Sulutəpə su altında qaldı - Video
- ADSEA-da Operativ Qərargah gücləndirilmiş iş rejimində - Video
- Dağıstanda 60 min insan işıqsız qaldı - Video
- Yol polisi sürücülərə müraciət etdi
- Şamaxıda güclü yağış hərəkətə çətinliklər yaratdı - Foto
- Quba-Xınalıq yolu bağlandı
- Yağıntılı hava davam edir, dağlıq ərazilərə qar yağır